Valideyn və övlad arasında problemlərin səbəbi nədir? - PSİXOLOQ AÇIQLADI
"Müasir dünyada uşaqlar ən çox psixoloji təyziqdən əziyyət çəkir. Belə ki, valideynlər daha çox iş və özəl həyatlarına yönəlik olduqları üçün uşaqların maraq dünyasından çox uzaq düşürlər. Məsələn onların dinlədiyi musiqi, baxdığı filmlər, etdikləri zarafatlar valideynlərin zövqləri ilə üst-üstə düşmədiyi üçün aralarında anlaşılmazlıq yaranır". Bi fikirləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.
Onun sözlərinə görə, valideynlər uşaqların bu tip həyat tərzindən uzaq olduğu üçün anlayış göstərə bilmirlər: "Bu da zamanla yersiz təzyiqlərə, müdaxilələrə, məsləhətlərə gətirir. Bu da təbii ki, məsafələr səbəb olur.
Gənclərlə ünsiyyət zamanı elə ən çox bu problemlər üzə çıxır ki, məni anlamırlar, eşitmirlər. Gənclər bunu analiz edə bilmirlər, valideynlərinə qarşı nifrət hissi yaranır və onları eşitməməyə, öz bildikləri kimi davranmağa başlayırlar. Valideynlər anlamalıdır ki, ortada bir yaş fərqi var, nəsil fərqi var. Yəni gənclərin bun gün yaşadığı, bəyəndiyi şeyləri qəbul etməsələr də yaxın olub anlayış göstərməyə çalışmalıdırlar. Bu dəqişməz faktdır. İllərdir ki, nəsillər arasında dünya görüşü, zövq və bir çox məsələlər arasında fərqlər var və olmalıdır. Bunu anlayışla qəbul etmək lazımdır.
Müasir dövrdə uşaqlar onsuz da istədiklərini edə bilirlər. Yəni bunu valideylərindən gizli də edirlər. Məsələ uşağın nə isə etməməsi deyil, həmin şeydən özü anlayaraq geri durmalıdır.
Əsasən də yeniyetmələr hiss etməlidirlər ki, valideynləri onunla bir şəxsiyyət kimi davranırlar. Onun geyiminə, davranışına, zövqünə hörmət edirlər. Çünki eşidilməyən, sayılmayan, hörmət edilməyən gənc istər istəməz həm valideynləri ilə, həm də cəmiyyətlə ünsiyyət problemi yaşayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB