İnsanın formalaşmasında ən çox rolu olan şəxs kimdir? - PSİXOLOQ AÇIQLADI
"Bir insanın formalaşmasında ən çox rolu olan şəxs ana və atadır. Ana-atadan sonra isə nənə və babalar, ətrafında olan insanlar bura aiddir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nərgiz Hüseynova deyib.
Onun sözlərinə görə, travma və informasiyalar da insanın formalaşmasında mühüm rol oynayır: "Bura həm neqativ, həm də pozitiv informasiyalar aiddir. Bütün bu travma və informasiyalar ana-atanın özünü dərk etməsindən asılıdır".
Psixoloq sözlərinə belə davam edib: "Biz həyatımız boyu yığdığımız informasiyalarla yaşayırıq. Çünki şüuraltımız 0-dan 6 yaşa qədər formalaşır və həmin dövrdə nə yaşayarıqsa, beynimizdə oturan informasiyalar sonrakı həyatımızı idarə etməyə başlayır.
Ona görə də böyüklər öz davranış və danışıqlarına fikir verməlidirlər ki, gələcəkdə xoşbəxt insan formalaşsın. Ana xoşbəxtdirsə, övlad da xoşbəxtdir. Yəni, xoşbəxt ailədə xoşbəxt uşaq yetişir. Sağlam ailədə böyüyən uşağın hər zaman həyatı da sağlam olacaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB