"Baxçalarda, hətta loqopedik və psixoloji mərkəzlərdə də uşaqlara qarşı işgəncələr artıb". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Cəmilə Abbasova bildirib.
Onun sözlərinə görə, hər bir uşaq özəldir, önəmlidir, dahası isə "xüsusi qayğıya" ehtiyacı olan uşaqlardır: "Şiddət heç nəyin həll yolu deyildir. Daha da belə hərəkətlər uşaqlarda aqressiya, davranış pozuntusu, müəllimdən, məktəbdən qorxu yaradır. Ani səslərə, hərəkətlərə reaksiya verirlər.
İstər müəllim, istər loqoped və ya psixoloq seçərkən ilk öncə diplomu varmı, hansı ixtisasa sahibdir ona baxılmalıdır. Hal-hazırki, zamanda sadəcə 5 aylıq kurlara gedərək özünü müəllim, psixoloq adlandıranlar çoxdur və bu qeyri-etikdir. Çünki dürüst bir mövqeye gəlib çatmaq müəyyən zaman tələb edir. Sonra həmin işə götürülənin psixoloji müayinə olunması vacibdir, hətta mütləqdir. Psixoloji problemi varmı? Sinirləri hansı vəziyyətdədir? "Xüsusi" uşaqla və ya normal uşaqla işləyə biləcəkmi? Psixoloji durumu buna əl verir mi? Bunlar hamısı önəmlidir. Unutmamaq lazımdır ki, şiddət şiddət doğurur!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB