"Hava şəraitinin uzun müddət yağmursuz və quraq keçməsi, eyni zamanda, su səthində buxarlanmanın artması nəticəsində tranzit çaylarda sululuq normadan 47, yerli çaylarda isə 20 faiz aşağı olub”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
Onun sözlərinə görə, sentyabrın 6-dan 8-i gündüzədək gözlənilən yağışlarla əlaqədar əksər çaylarda sululuğun artacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yağışın intensiv və leysan xarakterli olacağı ilə əlaqədar Böyük Qafqazın Balakən-Şəki, Oğuz-Qəbələ, Quba-Xaçmaz, Kiçik Qafqazın Daşkəsən-Gədəbəy, Goranboy-Göygöl, Qazax-Gəncə bölgələri və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB