Bakıda M10 nömrəli mövsümi marşrut xəttinin fəaliyyəti dayandırılacaq

Bakıda M10 nömrəli mövsümi marşrut xəttinin fəaliyyəti dayandırılacaq

Sentyabrın 5-dən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə (NMM) Mərdəkan çimərliyini (Şüvəlan – Buzovna yolu) əlaqələndirən M10 nömrəli mövsümi marşrut xəttinin fəaliyyəti dayandırılacaq. Bu barədə SİA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Agentliyin müvafiq tapşırığına əsasən bu xətt üzrə istismarda olan avtobuslar “BakuBus” MMC-yə həvalə edilən digər xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə