Şəhid və qazi övladları Şuşa təəssüratlarını bölüşüblər - FOTOLAR

Şəhid və qazi övladları Şuşa təəssüratlarını bölüşüblər - FOTOLAR

Qarabağın incisi Şuşa şəhərində üç gün davamedən, ölkənin bütün regionlarını əhatə etməklə 80 nəfər gəncin iştirak etdiyi “Xarıbülbül” şəhid vəqazi övladlarının yay düşərgəsinin iştirakçıları öztəəssüratlarını bölüşüblər.

Gənclər ilk dəfə şəhidlərimizin qanı və canıbahasına işğaldan azad olunan torpaqlara, Şuşaya ayaq basdıqlarına görə böyük qürur hissikeçirdiklərini bildiriblər. Hər biri sanki bu torpaqlarıatasının müqəddəs ruhu ilə birlikdə gəzdiklərini vəQarabağın tacı olan Şuşanın gözəlliklərinə şahidolduqca qəhrəman ataları ilə fəxr duyduqlarınıifadə ediblər. Gənclər bu il düşərgənin məhz Şuşada keçirilməsini böyük sevincləqarşıladıqlarını, bu kimi düşərgələrdə tanışolduqları digər şəhid və qazi övladları ilə eynitaleyi paylaşdıqları üçün daha sıx dostluqəlaqələrinin yarandığını, asudə vaxtlarını dahamaraqlı keçirdiklərini vurğulayıblar.

Qeyd edək ki, düşərgə müddətində gənclər üçün Şuşanın azad olunmasında qəhrəmanlıqgöstərmiş Vətən müharibəsi qazilərinin iştirakı iləgörüşlər, şəxsi inkişaf yönümlü təlim vəseminarlar, intellektual oyunlar, müxtəlifözfəaliyyətlər, musiqi məclisləri, idman oyunları vəpanel müzakirələr keçirilmişdir. Həmçinin hərqarışı əsrarəngiz abidə olan bu qədimAzərbaycan şəhərinin gözəlliklərini, tarixiabidələrini gənclərə yaxından tanıtmaq məqsdəiləŞuşanın tarixi məkanlarına ekskursiyalar təşkilolunmuş, işğal dövründə şəhərin tarixi-mədəniirsinə qarşı erməni vandalizmi və işğaldan azadolunduqdan sonra şəhərdə aparılan bərpa-quruculuq işləri haqqında düşərgə iştirakçılarınaətraflı məlumat verilmişdir.

Düşərgə Azərbaycan Respublikası GənclərFondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstəkİctimai Birliyinin və “Böyük Qayıdış” GənclərTəşkilatının birgə təşkilatçılığı hər il ənənəviolaraq təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə