Ombudsmanın Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib - FOTOLAR

Ombudsmanın Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib - FOTOLAR

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyətinin birlikdə təşkilatçılığı ilə “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki önəmi” adlı tədbir keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya bildiriblər ki, tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxışında Azərbaycanda mövcud olan tolerantlıq və multikultural dəyərlər, tolerantlığın ayrı-seçkiliklə mübarizədə effektiv rolu barədə məlumat verib. Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizi möhkəmləndirdiyini vurğulayan B.Əfəndiyev bu sahədə Azrərbaycan modelinin dünyada nümunə olduğunu qeyd edib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə