Həkimlərin xətti niyə oxunmur? - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

Həkimlərin xətti niyə oxunmur? - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

"Həkimlərin xəttinin pis olması ilə bağlı düşüncələr bir növ qəlib kimi əksəriyyət insanların beyninə oturub. İlk olaraq qeyd edim ki, nəinki həkimlər, hətta müxtəlif peşə sahibləri içərisində xətti pis olan, qrammatik qaydalara əməl etməyən kifayət qədər insan var. Lakin insanların birbaşa əl yazısı ilə ən çox tanış olduqları peşə həkimlikdir". Bu sözləri SİA-ya açıqlamasında mütəxəssis pediatr Yüksel Hüseynli deyib.

Onun sözlərinə görə, bu isə xəstəyə yazılan reseptlərin timsalında baş verir: "Resept müəyyən qaydalar əsasında təyin olunur. Burada terminlər latın dilində, dərman adları isə əczaçıların tanış olduğu adlarla qeyd olunduğu üçün tibbi terminləri bilməyən şəxslər üçün yazılar qəribə görünür".

Yüksel Hüseynli sözlərinə belə davam edib: "Digər səbəb isə həkimlər 6 il boyunca müxtəlif çətin ixtisasları keçir. Bu, dərslərin sinxron şəkildə qısa qeydlərlə yazma vərdişi 6 il ərzində istəmədən formalaşır. İşə başladıqdan sonra isə davamlı müxtəlif xəstəliklərlə məşğul olarkən diqqəti əsasən xəstənin şikayətləri, düzgün diaqnoz qoymaq, ona müvafiq dərmanın təyini, dərmanın çəkiyə uyğun hesablanması kimi işləri eyni anda yerinə yetirən biri təbii halda resepti də xəstənin yox, əczaçının anlayacağı tərzdə yazır.

Xəstəyə dərmanın istifadə qaydası həkim tərəfindən şifahi, "da signa" hissəsində öz dilimizdə və ən sonda əczaçı tərəfindən daha geniş formada çatdırılır.

Yekun olaraq araşdırsaq xətti səliqəsiz olan birini hər sahədən tapa bilərik. Digər sahələrdə sənədləşmə işləri, adətən, çap şəklində aparıldığı üçün həmin peşə sahiblərinin əl yazısı barədə məlumatımız olmaya bilər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə