Atanın qız övladının həyatına təsiri NECƏ OLMALIDIR? - PSİXOLOQ DANIŞDI

Atanın qız övladının həyatına təsiri NECƏ OLMALIDIR? - PSİXOLOQ DANIŞDI

“Qız övladı dünyaya gəldikdə il tanış olduğu qarşı cins atası olur”. Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı bildirib.

Onun sözlərinə görə, qız övladları atasının ona qarşı olan münasibətində, hərəkətlərində, şəxsiyyətində artıq qarşı cinsə qarşı beynində bir fikir formalaşdırır: “Böyüdükcə və özünü tanıdıqca qarşı cinsdə nəyin yaxşı, nəyin pis olduğunu aydınlaşdırır və o hər zaman atası pis və ya yaxşı da olsa nümunə kimi öz atasını seçir. Atasının xüsusiyyətlərini bəyənirsə atası kimi biri ilə evlənmək istədiyini, yox əgər atasının xüsusiyyətlərini bəyənmirsə atası kimi biri ilə ailə həyatı qurmaq istəmədiyini dilə gətirir. Yəni qız uşağının ölçü vahidi atasıdır. Dəfələrlə olub ki, qadınlar atası kimi biri ilə ailə həyatı qurmayacağını bildiriblər. Amma bu şüuraltına o qədər təsir edir ki, sonda atası kimi biri ilə ailə həyatı qururlar. Bu çox maraqlıdır. Çünki şüuraltında öz atalarını sevirlər. Nə qədər desələr ki, mən istəmirəm, gedib yenə də atalarına bənzəyən birini sevirlər. Ata ilə qız arasında ideal münasibət varsa və qız öz atasına məftundursa təbii ki, qarşısına da elə biri çıxacaq. Şüuraltında kodlaşdırma var ki, bu kodlar bizi həmin insanlara yaxınlaşdırır. Bu kodları bizi ya xoşbəxt edir, ya da faciəyə səbəb olur. Bu artıq şüuraltı travmalardan asılıdır. İnsan dildə nə qədər istəmədiyini desə də şüuraltı travmalar istəmədiyi şeylə insanı qarşılaşdırır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə