Uşaqlar arasında yayılan virusun artmasına SƏBƏB NƏDİR? - PEDİATR AYDINLIQ GƏTİRDİ
“Uşaqlar arasında geniş yayılan bu virus həm də böyüklər arasında da yayılıb. Uşaqlar arasında yayılan virus mövsümi xarakter daşıyır”. Bu fikirləri pediatr Sevda Novruzova bildirib.

Onun sözlərinə görə, ailə üzvlərindən bir nəfərdə müşahidə olunduğu zaman digər ailə fərdlərinə də yoluxur: “Xəstəlik ümumi olaraq halsızlıq, ürəkbulanma, qusma və diareya ilə başlayır. Yay fəsli, havaların qeyri-sabit keçməsi, isti və sərin havaların bir-birini əvəz etməsi insan orqanizminə mənfi təsir edir. Tərləmə, soyuq su içmə kimi hallar virus infeksiyalarının yayılmasına kömək edən faktorlardan biridir. Bu da yay fəsli ilə əlaqədar rast gəlinən virus infeksiyalarından biridir. Demək olar ki, hər il yay fəslində bu virusa rast gəlinir. Amma bu il virus ailə üzvləri arasında geniş yayılıb. Qarşısını almaq üçün soyuducudan soyuq su içmək, qaynadılmamış su içmək, gün ərzində bir neçə dəfə soyuq və isti hava vannaları kimi hallardan uzaq durmaq lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB