"İstirahət günlərində sentyabrın 3-ü və 4-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq". Bu fikirləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O qeyd edib ki, mülayim cənub-şərq küləyi əsəcək: "Havanın maksimal tempraturu 34-38 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə isə yağmursuz hava şəraiti proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal tempraturu aran rayonlarında 35-40, dağlarda isə 24-29 dərəcə isti olacağı proqnozlaşdırılır".
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB