Məhərrəmlik ayını şiə müsəlmanları matəm ayı hesab edirlər. Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gündür. Məhərrəm ayının 10-u - Aşura günüdür. Şiələr üçün matəm ayı kimi qeyd olunduğundan bu ayda toy etmək, şənliklər təşkil etmək və müsiqiyə qulaq asmaq qünah sayılır. Keçmiş dövrdən etibarən ölkəmizdə matəm ayı kimi qeyd edilən Məhərrəmlik ayında bu qaydalara çox ciddi şəkildə əməl olunurdu. İndi isə bəzi bölgələrdə toy mərasimləri keçirilir. Bəs bu düzgündürmü? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:
Şəhər sakini Nigar Bektaşi: “Məhərrəmlik ayı müqəddəs aydır. Bu ayda bir çox əməllərə riayət olunmalıdır. Mən düşürəm ki, bu ayda toy şənlikləri keçirmək günahdır. Toyla yanaşı içki içmək də günahdır. Amma indiki dövrdə insanlarımın bunlara məhəl qoymur. Məhərrəmlik ayı çıxdıqdan sonra toy etsələr daha yaxşı olar”.
Şəhər sakini Güloğlan Vəliyev: “Məhərrəmlik müqəddəs bir ay kimi qeyd olunur. Təbii ki, bunun üçündə bu ayda toy edib, şənlik keçirtmək olmaz. Mən düşünürəm ki, bu ayda toy edən insan heç vaxt xoşbəxt ola bilməz. Əgər bir insanın qanında həqiqətən də müsəlmanlıq varsa, o insan heç vaxt bu aylarda şənlik keçirib, məhərrəmlik ayına zidd olan əməl həyata keçirməz”.
Şəhər sakini Nigar Camalova: “Bu ayda İmam Hüseyn və onun ailəsi, tərəfdaları şəhid olublar. Müsəlman ölkələrində bu gün rəsmi matəm günü günü kimi qeyd olunur. Bu ayda toy etmək, içki içmək, ad günü keçirmək günahdır. Düşünürəm ki, bu onların ruhuna böyük hörmətsizlikdir. Ona görə də bu ayda toy etməyi düzgün hesab etmirəm”.
Şəhər sakini Laraqov Antonoviç: “Mən rusam. Amma yenə də düşünürəm ki, Məhərrəm ayında toy etmək düzgün deyil. Bu ay matəm ayıdı. Şənliklərdən uzaq durmaq lazımdır”.
Şəhər sakini Esmira Mədətova: “Məhərrəm ayı ildə bir dəfə olur və bu ay ölkəmizdə, həmçinin başqa ölkələrdə də matəm ayı hesab olunur. Məhərrəmlik ayında bu ay üçün məqbul sayılmayan işlər görmək olmaz. Çünki bu kimi əməllər bizim günah qazanmağımıza səbəb olur. Müqəddəs Məhərrəmlik ayında İmam Hüseyn şəhid olub. Məhz bu səbəbdən də İmam Hüseyn yolunda onun yasını saxlamaq bütün müsəlmanlara aiddir”.
Şəhər sakini Ədalət Əbdülsəməd: “Düşünürəm ki, Məhərrəmlik ayında toy etmək olar. Belə bir misal var ki, xeyirlə şər qardaşdır. Bunu qədim zamanlardan atalarımız deyib. Əgər bir şad iş varsa bu iş niyə uzanmalıdır ki. Yəni mən belə düşünürəm”.
Şəhər sakini Dilarə Əkbərov: “Əlbəttə Məhərrəmlik ayında toy etmək olmaz. Bu günahdır. Çünki insan öz yaxın birini itirəndə 40 gün onun hörmətini saxlayaraq toy etmir, saçına rəng qoymursa indi də öz imamımıza hörmət edərək bunları həyata keçirməməliyik. Təbii ki, bu mənim fikirlərimdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB