Sən demə çayı indiyədək düzgün içməmişik - DİQQƏT! - DİETOLOQ AYDINLIQ GƏTİRDİ
"Çayın yanında içmək üçün, adətən, şirniyyat (un məmulatları), şokolad, konfet və mürəbbədən istifadə olunur. Amma bunların hamısını birləşdirən ortaq özəllik tərkibində süni, emal olunmuş şəkərin olmasıdır. Bu isə bilirik ki, qanda tez sovrularaq qan şəkərimizi və insulimizi artırır və gələcəkdə ciddi sağlıq problemlərinə cevrilə bilər (İnsulin dirənci, Diabet s.)". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.
Onun sözlərinə görə, ən önəmlisi bu qidalar tez bir zamanda piylənməyə gətirib çıxarır: "Bu baxımdan, çayın yanında daha sağlıqlı qidalara üstünlük verilməlidir. Məsələn, xurma, meyvə quruları, çərəz və ya orqanik şəkərsiz əzmələr (fıstıq, findıq, badam əzməsi), ya da bu qidalardan qarışımlar hazırlayaraq daha ləzzətli daha faydalı şirniyyatı özümüz düzəldə bilərik. Məsələn, badam+qoz+bal+meyvə qurularını blenderda keçirib əlimizlə toplar hazırlayırıq. Onu istəsək kakaoya, yaxud Hindistan qozuna bulayaraq sağlıqlı toplar düzəldirik.
Dietoloq sözlərinə belə davam edib: "Eyni zamanda, çayın yanına yaraşan şirniyyat kimi 80-90%-li bitter şokoladlarını da məsləhət vermək olar".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB