Azercell Süni İntellekt əsaslı Virtual Assistent xidmətini istifadəyə verir

Bundan sonra Azercell Telefon Mərkəzinə zəng edən abunəçiləri Aİcell adlı VirtualAssistentsalamlayacaq

Azercell ölkənin telekom bazarında ilk Telefon MərkəziVirtualAssistentxidmətini- Aİcell-i məmnuniyyətlə təqdim edir! Bu texnoloji yenilik Süni İntellekt əsasında çalışır və abunəçilərimizin müştəri təcrübəsini zənginləşdirmək üçün tərtibolunub.

Xidmətin pilot mərhələsində Azercell Telefon Mərkəzinə zəng edən abunəçilərimizi Aİcell adlı VirtualAssistent salamlayacaq və müştərinin sual və istəyini öyrənərək zəngi operatora yönləndirəcək. Azercell tədricən VirtualAssistentinünsiyyət funksiyalarını və xidmət imkanlarını genişləndirərək, abunəçiistəklərini daha fərdiləşdirilmişşəkildə həll etmək üçün şərait yaradacaq.

Qeyd edək ki, səs emalı botları telekommunikasiya sənayesində texnoloji sıçrayış hesab olunur. Layihənin ən vacib və maraqlı aspektlərindən biri isə Virtual Assistentin Azərbaycan dilində tam spektrli xidmətgöstərməsidir ki, bu isə öz növbəsində müştərilərə yeni təcrübə imkanları yaradacaq.

“Azercell Telekom” MMC “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə əsaslanaraq ölkədə innovativ həllər və rəqəmsal xidmətlərin tətbiqini davam etmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə