Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev Azercell ilə görüş keçirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev Azercell ilə görüş keçirib

Avqust ayının 22-si cənab Rəşad Nəbiyev “Azercell Telekom” MMC-nin prezidenti və
rəhbər heyəti ilə görüş keçirdi. R. Nəbiyev Azercell-in strateji təşəbbüsləri və gələcək
planları barədə cari status hesabatlarını dinlədi. Cənab nazir, xüsusilə, abunəçilərin
dinamik şəkildə artan ehtiyaclarını qarşılamaq üçün ölkə üzrə Azercell şəbəkəsinin
genişləndirilməsi və modernizasiyası kimi irimiqyaslı layihənin icrasına dair hesabatla
tanış oldu. Bu layihə 4G şəbəkəsinin tutumunun Bakı və Abşeron yarımadasında 80%,
rayonlarda isə 75% genişləndirilməsini təmin edəcək. Həmçinin, cənab nazirə
şəbəkənin genişləndirilməsi layihəsi üzrə işğaldan azad edilmiş ərazilərdə 80-dən çox
yeni 4G baza stansiyasının qurulması və şirkətin satış və xidmət mərkəzlərinin istismara
verilməsi haqqında məlumat verildi.
Nazir telekommunikasiya sənayesinin ən son trendlərinə uyğun olaraq Azercell-in
təqdim etdiyi məhsul və rəqəmsal həllər barədə də məlumatlandırıldı. Belə layihələrə
özündə həm maliyyə, həm də mobil rabitə imkanlarını birləşdirərək abunəçilərə
rəqəmsal ödənişlər həyata keçirməyə imkan verən fintek həlli aiddir.
Şirkətin perspektiv planlarına gəlincə, cənab Nazirə əminliklə bildirildi ki, Azercell öz
infrastrukturunun genişləndirilməsi və modernizasiyasına yatırım etmək, həm də
abunəçiləri üçün innovativ rəqəmsal həllər təqdim etmək istiqamətində təşəbbüslərini
davam etdirəcək.
Nazir Azercell komandasına şirkətin həyata keçirdiyi uğurlu layihələrə görə təşəkkür etdi
və gələcək təşəbbüslərin həyata keçirilməsində müvəffəqiyyətlər arzuladı.

Bütün xəbərlər Facebook səhifəmizdə