Şabran sakini Sumqayıt Perinatal Mərkəzində üçəm dünyaya gətirib
Avqustun 31-də Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzində üçəm dünyaya gəlib.
SİA AZƏRTAC-a istinadən xəbər verir: Perinatal Mərkəzin rəhbəri, Əməkdar həkim Təranə Rəcəbli bildirib ki, uşaqların anası Şabran rayon sakini, 32 yaşlı Turan Müseyibovadır. O, təcili tibbi yardım xidməti ilə Mərkəzə gətirilib. T.Müseyibova dərhal əməliyyata alınıb və o, üçəm dünyaya gətirib.
T.Rəcəbli qeyd edib ki, körpələrin hər üçü oğlan uşağıdır, onlardan ikisi 1700 qram, biri isə 1460 qramdır. Körpələr stabil zondla qidalanırlar. Müalicə plan üzrə aparılır. Əməliyyat icbari tibbi sığorta çərçivəsində həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB