Uşaqlarla ünsiyyətdə mütəxəssisə ehtiyac varmı? - PSİXOLOQ AÇIQLADI
"Əvvəlki illərə nisbətən valideynlər övladlarını hər bir sahəyə yönəltmək istəyirlər. Amma burada bir məqam var ki, övladlarımızın beynini bu qədər yükləmək olmaz. Balaca uşaqlarda müşahidə olunan hisslərdən biri də estetik hisslərdir ki, onlar musiqiyə, nəğməyə qarşı həssasdır. Uşaqlar gözəl müsiqiyə qulaq asdıqları zaman ondan zövq almağa başlayır". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.
Onun sözlərinə görə, 2-3 yaşlı uşaqların bəziləri bəzən yaxşı və ya pis musiqiyə də rahatlıqla münasibətlərini bildirirlər: "Uşaqlarda estetik hisslərin inkişafı heç də qəflətən yaranmır. Onlar ətraf aləmdə gördüklərini mənimsəyirlər. Uşaqlarda hisslərin inkişafı şəxsiyyətin formalaşmasına böyük təkan verir. Bəzən valideynlər övladlarını getmək istəmədikləri yerlərə aparır, həmin yerdə uşaq ağlamağa başlayır. Bəzən baxırıq ki, uşaq oxumağın nə olduğunu bilmədiyi halda “oxumaq istəmirəm” deyir. Çünki biz oxumağı, maarifləndirməyi uşağa cəza kimi tətbiq edirik. Məsələn deyirik ki, yeməyini yeməsən sabah bütün gün məktəbdə qalacaqsan. Bu zaman da uşaqda məktəbə qarşı nifrət hissi yaranır. Valideynləri bunun aradan qaldırılması üçün mütəxəssisə müraciət etməyi ağlının ucundan belə keçirmir, əksinə, çox sərt reaksiyalar verir. “Mənim uşağım psix deyil ki, psixoloqa aparaq” və ya “Mən özüm psixoloqla böyümüşəm ki, o da böyüsün?” kimi fikirlər səsləndirirlər. Müxtəlif yanaşma tərzi olur. Bu sahədə maariflənmə də çox zəifdir. Bunun səbəbi isə elə bağçadan başlayır. Bəzən valideyn deyir ki, övladımın müəllimi psixoloqa görünməyi məsləhət görüb. Bəzən isə müəllimlər valideynlərə deyirlər ki, pulun artıq düşüb? Uşağı gətir yanıma hər şeyi ilə özüm maraqlanacam. Müəllim adı ucuzlaşmamalıdır. Biz o zaman düşünürdük ki, görəsən müəllim yemək yeyir? Bu düşüncələr hər zaman bizim beynimizdə suallar yaradıb. İnsanı da inkişaf etdirən beynindəki suallardır. Odur ki, əgər mütəxəssis köməyi lazımdırsa mütləq müraciət edilməlidir. Övladlarımızla davranışda psixoloqla mütəmadi ünsiyyətdə olmalıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB