"Qərar birlikdə verilibsə, məsuliyyətini redaksiyalar daşımalıdır" - BAŞ REDAKTOR AÇIQLADI
“Media Agentliyinin 20 özəl yazının verilməsinin vacibliyi barədə verdiyi qanun redaksiyalarla birlikdə müzakirə olunub və qəbul edilib”. Bu sözləri SİA-ya açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.
.jpg)
Baş redaktor qeyd edib ki, qanuna əsasən redaksiyalar gündəlik olaraq 20 özəl informasiya verməlidir: “Təbii ki, bu normativ üzərində bütün redaksiyalar, baş redaktorlar və agentliyin işçiləri birlikdə çalışıb. Ümumi qərar nəticəsində də normativ qəbul olunub. Məhz bu səbəbdən qanunun yerinə yetirilməsində bütün redaksiyalar maraqlı olmalıdır. Həmçinin razılaşmanın şərtlərinə əməl edilməlidir. Mənim müşahidələrimə görə, əksər media orqanları bu normativə əməl edirlər. Düşünürəm ki, birgə qərar verilibsə, məsuliyyətini də bütün redaksiyalar daşımalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB