Azərbaycanda 621 nəfər COVID-19-a yoluxub

Azərbaycanda 621 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 621 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 813 437 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 800 127 nəfər müalicə olunaraq sağalıb, 9 805 nəfər vəfat edib, aktiv xəstə sayı 3 505 nəfərdir.

Ölkədə son sutka ərzində 4 032, hazırkı dövrədək isə 7 155 246 test aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə