Ritual etmək günahdır? - DİN XADİMİ AÇIQLADI

"İslami mənbələrə görə, yalnız dua etməklə Allahdan nəsə istəmək olar. Duanın da özünəməxsus qaydaları vardır. Məsələn, dəstəmaz almaq, sonra iki rükət hacət (istək) namazı qılmaq, üzü qiblə istiqamətində oturmaq, əlləri göyə qaldırmaq, salavat göndərmək və s. əməllərlə dua etmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, din xadimi Hacı İbrahim Quliyev deyib.

Onun sözlərinə görə, İslami mənbələrdə dua zamanı şam yandırmaq haqqında heç bir məlumata rast gəlinmir: "Buna görə də dua edərkən qeyd etdiyimiz məsələlər nəzərə alınsa, daha yaxşı ola".

İbrahim Quliyev sözlərinə belə davam edib: "Bütün bunlarla yanaşı, insan öz qəlbində də, yol gedərkən, bir sözlə bütün hallarda dua edə, öz diləklərini Uca Allahdan istəyə bilər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə