Oxumağa həvəsi olmayan uşaqlara valideyn nə etməlidir? - PSİXOLOQ İZAH ETDİ

Oxumağa həvəsi olmayan uşaqlara valideyn nə etməlidir? - PSİXOLOQ İZAH ETDİ

"Oxumağa həvəsi olmayan uşaqlarda əvvəlcə problemin kökünü araşdırmaq lazımdır. Yəni, problem nədir? Niyə uşaq oxumaq istəmir? Bunun altında hansı səbəblər var?". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, anlamaq lazımdır ki, bəlkə bu uşaqda kompleks var: "Məsələn, dərs danışmaq kompleksi, sosial mühitdə özünü təstiqetmə kompleksi və s. Yəni, sinif yoldaşlarının qarşısında dərs danışmamaq üçün də oxumaya bilər. Səbəblər çoxdur".

Psixoloq sözlərinə belə davam edib: "Yaxud da zehində yaddaş problemi ola bilər. Bunları araşdırmaq lazımdır. Əgər səbəb bunlar deyilsə, uşağın özündə problem varsa, onda bu başqa məsələdir.

Elə uşaq var ki, kitab oxumur. Kitab oxumaq da vərdiş məsələsidir və bunu uşağa öyrəşdirmək lazımdır. Bu, birmənalıdır və başqa yolu yoxdur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə