Yaxınlarını itirmə qorxusu nədən qaynaqlanır? - PSİXOLOQ AÇIQLADI

Yaxınlarını itirmə qorxusu nədən qaynaqlanır? - PSİXOLOQ AÇIQLADI

"İnsanda daim yaxınlarını itirmə qorxusu təşviş pozuntusudur. Səbəbləri isə uşaqlıqda yaxınını itirməkdən qaynaqlana bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nərgiz Hüseynova deyib.

Onun sözlərinə görə, digər səbəbi isə insanın aldığı hər hansı bir informasiyadır: "Məsələn, kimsə belə bir situasiya ilə üzləşib və insanın beyninə daxil olub ki, o da yaxınlarını itirə bilər. Bunun üçün psixoterapiya vasitəsilə həmin o səbəbi axtarıb tapmaq lazımdır".

Psixoloq sözlərinə belə davam edib: "Bu işdə dərkedilmə böyük rol oynayır. İlkin səbəbi tapmaq vacibdir. İnsan dərk edəndə problemin yarı faizi neytrallaşır. İkincisi isə, travmanı terapiya yolu aradan qaldırmaq lazımdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə