Sentyabrın ilk ongünlüyü hava sərin olacaq

Sentyabrın ilk ongünlüyü hava sərin olacaq

Artıq sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, bu proses sentyabrın 5-8-də gözlənilir.

Həmişə olduğu kimi, xəzrinin müşayiəti ilə havanın temperaturu 5 dərəcəyədək aşağı enəcək.

Təxminən 25 gün davam edən uzun sürən quraqlıqdan sonra bölgələrdə yağışlar gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə