Biləsuvar rayon Aşağı Cürəli kəndində Vətən müharibəsi şəhidi Məmmədov Natiq Sahib oğlunun və Günəşli kəndində “Vətən Müharibəsi Qəhrəmanı” şəhid kapitan Babayev Nihad Akif oğlunun doğum günü qeyd olunub. Tədbirdə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, RİH-i Başçısının müavini- sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəlahəddin Yunsurov, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov, YAP rayon təşkilatının bir qrup ƏPT sədrləri və partiya fəalları II Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, şəhid Məmmədov Natiq Sahib oğlunun və “Vətən Müharibəsi Qəhrəmanı” şəhid kapitan Babayev Nihad Akif oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər.
Çıxış edənlər 44 gün davam edən Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun şücaətindən və qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən bəhs edib, Nihad, Natiq və onlar kimi şəhidlərimizin qanının yerdə qalmadığını söyləyiblər. Şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad olunacaq.
Şəhid valideyinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə ediblər.
Azərbaycan Ordusunun kapitnı olan “Vətən Müharibəsi Qəhrəmanı” şəhid Babayev Nihad Akif oğlu 30 avqust 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli rayonun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2 noyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra adı əbədiləşdirilərək Biləsuvar Regional Mədəniyyət İdarəsinin Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinə verilmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid kapitan Babayev Nihat Akif oğlu ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Ordusunun giziri olan Məmmədov Natiq Sahib oğlu 29 avqust 1997-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanaraq qəhrəmancasına şəhid olub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid gizir Məmmədov Natiq Sahib oğlu ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB