İnsan Alverinə qarşı MFP icrasında məcburi əmək və əməyin istismarına dair halların monitorinqinə dair MƏTBUATA AÇIQLAMA

İnsan Alverinə qarşı MFP icrasında məcburi əmək və əməyin istismarına dair halların monitorinqinə dair MƏTBUATA AÇIQLAMA

“Təmiz Dünya” Qadınlara Yardım İB və “Ailə Dünyası” Ailələrə hüquqi yardım İB təşəbbüsü İsmayıllı rayonunun Lahıc yaylaqlarında olan fermalarda, məcburi əmək və əməyin istismarı hallarının monitroinqinin keçirilməsinə dair DİN-İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmişdir. Adı çəkilən təşkilatlar, birgə, İsmayıllı rayonunun Lahıc yaylaqlarında yerləşən üç iribuynuzlu heyvandarlıq yataqlarında monitorinq keçirilmişdir.

Monitorinq zamanı fərdi sahibkarlıqla məşğul olan M.X. məxsus 500 ədəd xırdabuynuzlu və 40 ədəd iribuynuzlu heyvanlara ailə üzvləri tərəfindən qulluq edilməsi aşkarlanmışdır. Müəyyən edilmişdir ki, payız, qış, yaz aylarında isə heyvanlar Ağsu rayonunda qışlaqda saxlanılır.

Digər fərdi sahibkar M.R. məxsus yataqda 400 ədəd xırdabuynuzlu və 15 ədəd iribuynuzlu heyvan var idi. Eynilə qulluq edənlər ailə üzvləri olduğu aşkarlanmışdır. Payız, qız, yaz aylarında isə heyvanlarını Kürdəmir rayonunda qışlaqda saxlanılır.

Üçüncü yatağın sahibi M.M. məxsus yataqda 580 ədəd xırdabuynuzlu və 20 ədəd iribuynuzlu heyvan var idi. Ferma Şamaxı rayonunda qışlaqlayır.

Monitorinq aparan təşkilatlar, monitorinqin nəticələrinə dair hesabatı DİN—in İAQMİ-ə təqdim etmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə