Azərbaycan Türkiyədə keçirilən "Teknofest 2022" tədbirində təmsil olunur - FOTO
Bu gün Türkiyənin Samsun şəhərində "Teknofest 2022" Aerokosmik və Texnologiya Festivalı işə başlayır.
SİA xəbər verir ki, tədbir sentyabrın 4-nə qədər davam edəcək.
Festival Türkiyənin "Teknoloji Takımı Vakfı"nın (T3 Vakfı), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Azərbaycandan bir sıra universitet və dövlət qurumlarının qatıldığı tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov təmsil edir.
Bu gün səhər saatlarından ziyarətçilərin girişi üçün açıq elan edilmiş festivalın rəsmi açılış mərasimi Bakı vaxtı ilə 15:00-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB