Hər kəs ikinci şansa layiqdir? - PSİXOLOQ AÇIQLADI

Hər kəs ikinci şansa layiqdir? - PSİXOLOQ AÇIQLADI

“İnsanlar çalışmalıdır ki, ikinci şansı qarşı tərəfə görə deyil də məhz özünə görə verməlidir. Məsələn düşünməlidir ki, qarşı tərəf mənə hər hansı bir yanlış hərəkət edib və mən onunla davam etmək istəyirəmmi? Sanki özünə şans verirmiş kimi düşünməlidir". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Psixoloq qeyd edib ki, Qarşı tərəfə görə şans vermək doğru deyil: "Gənclərimizə xüsusilə tövsiyyə edərdim ki, bir yanlışa görə insanları, dostlarını, sevdiyini həyatlarından silməsinlər. Çünki insan hər şeyi doğru etdiyi zaman, bizim istədiyim kimi etdiyi zaman bizə xoş olur. Amma onlar yanlış addım atdıqda və ya səhv etdikdə həyatımzdan çıxarmağa çalışırıq. Bu da əlbəttəki haqsızlıqdır. Çünki hər kəsin səhv etmə sanşı var və bunu çox vaxt bilmədən edirlər. Həmçinin qarşı tərəfi yanız dürüst olduğuna görə sevmək eqoist bir davranışdır. O insanın yanlışları da ola bilər. Bu o demək deyil ki, bizim üçün böyük olan səhvləri bağışlayıb özümüzdən imtina etməliyik. Sadəcə qarşı tərəfin ilk səhvinə görə onu həyatımızdan çıxarmaq həmin şəxsə qarşı böyük haqsızlıqdır. Onun sizə olan sevgininin, xoş davranışının bir səhvə görə üstündən xətt çəkmək yanlışdır. Biz insanıq, səhv etmə haqqımız var.

Amma əgər mən qarşı tərəfi bağışlaya bilmirəmsə, onunla davam etmək istəmirəmsə onun ikinci şansa layiq olmasının heç bir önəmi yoxdur. Belə olan halda ikinci şansı vermək düzgün deyil. Həqiqətən qarşı tərəfin bizə etdiyi səhvi bağışlaya biliriksə, o səhvi xatırladığımız zaman qarşı tərəflə münasibətimiz korlanmırsa əgər ikinci şansı verə bilərik”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə