"Avro-2022" təlimlərinə qatılması ölkəmizə nə qazandıracaq? - HƏRBİ EKSPERT AÇIQLADI
“Azərbaycanın beynəlxalq aləmdə və dünyada çox tərəfli hərbi-siyasi gedişləri, hərbi-texniki sahədə əməkdaşlıqları ölkəmizə imkan verir ki, Rusiyann, Çinin və digər ölkələrin iştirakı ilə keçirilən tədbirlərdə və təlimlərdə iştirak etsin”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.

Onun sözlərinə görə, bu proseslər Azərbaycanında yerləşdiyi regionda ölkəmizin hərbi-siyasi mövqeyini gücləndirməyə xidmət edir: “Hesab edirəm ki, bu istiqmatdə atılan addımlar təqdirə layiqdir. Biz onsuzda Rusiya ilə texniki-hərbi tədris sahəsində əməkdaşlıq edirik. Təbii ki, təlimlər sahəsində də birgə fəaliyyət göstərmək kiməsə qarşı olunmuş addım deyil. Çünki Azərbaycan buna qədər NATO ilə də hərbi təlimlərdə iştirak edib və əməkdaşlıqlarımız bu günə kimi davam edir. Bu baxımdan hər hansı bir narahatçılığa ehtiyac çoxdur. Sadəcə digər tərəfdən çox təəəssüf edirəm ki, bu informasiyadan sorna Azərbaycana qarşı ittihamlar səsləndiriləcək və Azərbaycana qarşı müəyyən təkziblər olunacaq ki, ölkəmiz nəyə görə Rusiyanın mövcud olduğu hərbi-siyasi məkanda keçirilən təlimlərdə iştirak edir. Təbii ki bu yalnışdır. Ölkəmiz balanslaşdırılmış, hərbi-siyasi addımlar atır. Həmçinin starteji qərarlar qəbul olunur. Bu gün ölkəmiz üçün çox vacib dövrlərdən biridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB