"Ağ undan hazırlanan un məmulatları sağlamlıq üçün çox faydalı deyil. Problem ağ unun əldə edildiyi taxılda deyil, istehsalı, şəkli və son məhsul olan ağ undan qaynaqlanır". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə mütəxəsiss Asim Vəliyev bildirib.

Mütəxəssis qeyd edib ki, ağ un rafinasiya prosesindən keçərək əldə edilir: "Bu proses zamanı unun ən faydalı hissəsi olan rüşeym hissəsi və kəpəyi ayrılır. Həm də müxtəlif kimyəvi qatqı maddələri qatılır. Geriyə qalan hissəsi isə lifdən, vitamindən və mineraldan, nişasta, karbohidratla bol hissəsi qalır. Rafinasiya prosesindən çıxan ağ undan hazırlanan məmulatlarla qidalandığımız zaman, eynən şəkər kimi sürətlə sorulub qana daxil olur. Qan şəkəri artmağa və mədəaltı vəzdən çox insulin ifrazı baş verir. Qanda əvvəl hiperinsulemi, daha sonra insulinə müqavimət meydana gəlir. İnsulinə müqavimət daha sonra çox piylənməyə, şəkər xəstəliyinə, hipertoniyaya səbəb olur. Digər tərəfdən, rafinasiya prosesi buğdanın tərkibindəki E və B vitaminləri, dəmir və bir çox mineralları yox edir, qida dəyəri aşağı salır. Beləliklə də, ortaya qida dəyəri az faydalı qida çıxmış olur.
Bu səbəblə bir çox xəstəliklərin qaynağı olaraq göstərilən üç ağ zəhərdən biri də ağ un olur. Ağ undan hazırlanmış məmulatlar da insan sağlamlığı üçün risk yaratmış olur.
Son 20 ildə artan həzm sistemi allergiyalarının, çölyak xəstəliyinin arxasında ağ unun olduğu ehtimal olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB