Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi və Ağstafa “Gənclər Evi”nin təşkilatçılığı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “PIK Gənclik Festivalı” təşkil olunub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, festivalın açılışında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, RİH başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, Gənclər Evinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ağstafalı yeniyetmə və gənclər qatılıblar.
Festivalın səhnəsində Bakı şəhərindən təşrif buyurmuş, gənclərin sevimli müğənnisi Əhməd Mustafayev, eləcə də yerli rəqs qrupu və musiqiçilərin ifası, həvəskar gitaraçılar, saz ifaçıları, intellektual oyunlar izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Festivalın intellektual bölməsində verilən sualları düzgün cavablandıran tamaşaçılar müxtəlif hədiyyələrlə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB