"Uşaqlarda dırnaq yemə davranışını yaradan bir çox faktor ola bilər. Bunlar aşağıdakılardır:
Stress;
Alədə və ya yaxın ətrafında dırnaq yemə vərdişi olan birinin olması;
Ailə münaqişəsindən yaranan gərginlik nəticəsində dırnaq yemə;
Ana-ata qayğısından məhrum və ya az qayğı görməkdən yaranan dırnaq yemə;
Özgüvən probleminin olması;
Bacı-qardaş qısqanclığı;
Qorxudan yaranan dırnaq yemə;
Diqqət əskikliyi probleminin olması
İmtahan həyəcanı və digər həyəcanlanma hallarının olması və s.".
Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Tahiba Quliyeva bildirib.

Psixoloqun sözlərinə görə, dırnaq yemə halına səbəb olan nədir? Öncə bunu araşdırmaq lazımdır: "Bütün bu səbəblər göz önünə gətirilməli, uşaqda bu halın məktəbdən öncəmi, məktəbdən sonramı, imtahan ərəfəsindəmi, ailə münaqişəsindən sonramı və s. baş verdiyi araşdırılmalıdır. Dırnaq yeməyə səbəb aradan qaldırılmalıdır. Uşaq dırnaq yeyərkən ona bu vəziyyət vurğulanmamalıdır. Bunun əvəzinə uşağın diqqəti başqa şeylərə yönləndirilməlidir. Sakitləşdirici və maraqlı hobbilər seçilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB