Piyada gəzməyin faydaları nədir? - DİETOLOQ AÇIQLADI

Piyada gəzməyin faydaları nədir? - DİETOLOQ AÇIQLADI

"Piyada gəzmək bütün orqanizmə faydalıdır. Həyat üçün vacib orqan və sistemləri möhkəmləndirir, ürək-damar sistemi xəstəlikləri ehtimalını azaldır, sümüklər daha möhkəm olur, qan təzyiqi normallaşır, əzələlərin işi və yuxu da yaxşılaşır". Bu fikirləri SİA-ya açıqlamasında dietoloq Sevinc Həsənzadə bildirib.
Onun sözlərinə görə, müntəzəm olaraq artıq çəki azalır, ürək döyüntüsünün artması nəticəsində qan dövranı artır, əzələlərin oksigenlə təminatı daha da intensiv olur, gəzinti zamanı adi vaxta nisbətən kalori 5 dəfə artıq yanır: "Əhval-ruhiyyə yaxşılaşır. Hər gün gəzintiyə çıxan insanlarda özünə qiymət vermə artır, qorxu və həyacan azalır, eyni zamanda enerji axını hiss edirlər. Beyinin fəaliyyətinin effektivliyi artır. Gəzintiyə isinmə hərəkətləri ilə başlamaq lazımdır. Gəzinti zamanı verilən tempi saxlamaq lazımdır. Tapşırığı hissə-hiss bitirmək lazımdır. Asta gəzintiyə keçərək sonradan tapşırığı bitirmək vacibdir. Sağlamlığı optimal səviyyədə saxlamaq üçün gəzintiyə hər gün vaxt ayırmaq lazımdır. Fiziki cəhətdən hazırlıqsız olan insanlar ən yaxşı halda orta templə gündə 30-60 dəqiqə gəzintiyə vaxt ayıra bilərlər.
Məşq proqramları müxtəlif məlumatları göstərə bilər, lakin yandırılmış kaloriləri əks etdirənlər tamamilə doğru deyil. Beləliklə, məşqin ilk dəqiqələrində yağ yataqları deyil, su istehlak olunur. Sonrakı göstəricilər təlimin intensivliyindən asılıdır. Sürətli gəzinti 300 kalori yandırır - bu temp yeni başlayanlar üçün uyğundur. Əgər asan qaçışı hesab etsək, o zaman bu, saatda 500 kalori sərf etməyə kömək edir. Bu intensivlikdə insan arıqlamağa başlayır. Koşu bandında necə arıqlamaq olar? 800 kkal/saat itkisinə nail olmaq üçün tam fədakarlıqla qaçın.
Qaçış zamanı isinmə və soyuma hərəkətləri çox vacibdi. Hamımız idmançıları hoppanarkən, tullanarkən, çox yavaş qaçarkən və ya qəribə hərəkətlər edərkən görə bilərik. Bunlar qaçışa başlamazdan əvvəl etdikləri isinmə hərəkətləridir. Qaçışdan sonra edilən bənzər soyuma məşqləri də isinmə hərəkətləri qədər əhəmiyyətlidir. Əgər soyuma hərəkəti edilməsə, bu, əzələlərin ağrımasına səbəb olacaq. İdmana başlayarkən isinmə hərəkətinin edilməməsi ən çox edilən xətadır və saysız narahatlıqlara səbəb olar".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə