İstehlakçılarda səhv fikir formalaşıb... - AİB SƏDRİ AÇIQLADI

İstehlakçılarda səhv fikir formalaşıb... - AİB SƏDRİ AÇIQLADI

İstehlakçı hüquqlarını qoruyan bütün dünya təşkilatları, o cümlədən Azad İstehlakçılar Birliyi birmənalı şəkildə qazlı suları istehlakçılar üçün məsləhət görmür. İstər rəngli, istərsə də qazlı suların birmənalı şəkildə içilməsi çox ziyandır”. Bu fikirləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

AİB sədri qeyd edib ki, yerin altından qazlı şəkildə sular çıxır: “Lakin onu qazsızlaşdırıb, qablaşdırırlar. İstehlakçılarda səhv bir fikir formalaşıb ki, yerin altından çıxan hər bir su sağlamdır. Təbii ki, bu fikir çox yanlışdır, çünki bu, belə deyil. Suyun təmizliyini araşdırmaq üçün 300 parametr aralığında araşdırılmalıdır. Tibbdə belə təsdiq olunmayıb ki, hansı orqanizmə necə su lazımdır. Buna görə də su ilə davranmaq insandan xüsusi diqqət tələb edir. Orqanizmimizin 85 faizi su olduğu üçün xəstəliklərimizin 85 faizini də suda axtarmaq lazımdır. Gündəlik su norması hər bir insanın çəkisi üçün fərqlidir. Bütün bunları dərindən dərk etmək və sudan zərər çəkməməyk üçün məsləhət görərdim ki, içdiyiniz suların firmasını tez-tez dəyişin. Yəni eyni suyu il boyu içmək düzgün deyil. Qeyd edim ki, bir su ailə üzvləri arasında 3 nəfərin orqanizmi üçün uyğundursa, digərlərinə uyğun olmaya bilər. Buna görə də, davamlı eyni suyu içmək sağlamlığınıza ziyan vura bilər. Suyun ilahiliyindən istifadə edən su filter işi ilə məşğul olan insanlar cəmiyyəti aldadırlar. Biz hazırda bununla mübarizə aparırıq. Hazırda bununla bağlı əlimizdə ciddi şikayətlər də var”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə