“Sosial mediada gənclərin rolu” mövzusunda tədbir keçirilib - FOTOLAR
17 avqust 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı Aparatının işçilərinin və gənc partiya fəallarının iştirakı ilə “Sosial mediada gənclərin rolu” mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq, cəmiyyətimizdə informasiya texnologiyalarının bir qolu olan sosial şəbəkələrdə fəaliyyətlə bağlı ətraflı məlumat verib. Rayon təşkilatının sədri beynəlxalq aləmdə və ölkəmizdə cərəyan edən hadisələrdən ətraflı bəhs edərək, hər bir partiya üzvünün sosial medyada fəallığının vacibliyini ön plana çəkdi və bu yönümdə öz tapşırıq və tövsiyələrini verib.
Tədbirdə çıxış edənlər məsələ ilə bağlı fikir və təkliflərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB