"Azad İstehlakçılar Birliyində olan məlumata görə, ölkədə kifayət qədər un ehtiyyatı var. Lakin un biznesi ilə məşğul olan insanlar bunu gizlədirlər". Bu fikirləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, Sabirabad, Şirvan ərazisində unun olmadığı ilə bağlı şikayətlər var: "15 gün öncə də belə problem baş vermişdi, lakin Sabirabad rayon icra hakiminin müavini bu məsələyə qarışdıqdan 2 saat sonra marketlər un kisələri ilə təmin olundu. Əgər un yoxdursa icra hakiminin müavini bunu necə tapdı. Bəs varsa nə üçün unu gizlədirlər? Düşünürəm ki, biznes qurumlar bu mövzuda böyük səhvə yol verirlər. Hökumətin onlar üçün yaratdığı toxunulmazlıq şəraitindən sui-istifadə edirlər. belə biznes qurumları mütləq ifşa olunmalıdır. Ölkədə unun qiyməti sabit vəziyyətdə qalacaqdır. Çörəyin qiyməti barədə artıq məlumatlar verilib. Burada yeni istehlakçı, yeni satıcı, yeni təchizatçı davranışı nümayiş olunmalıdır. İstehlakçılar çörəyə, una qənaət etməlidirlər. Buğdanı, unu alıb, yığmamalıdırlar. Bir müddət sonra onsuzda xarab olacaq. İsti çörək bişirilən təndirlər ləğv olunmalıdır. İsti çörək insan üçün ziyanlıdır. İstehlakçıların çox böyük hissəsi buna üstünlük verir. Quruyan çörəklər isə sonradan atılır, ziyan olur. Biznes qurumları, dükan sahibləri yeni davranış nümayiş etdirməlidirlər. Onlar un və çörək təchizatçılarından əlavə pul almamalıdırlar. Unun qiymətinin sabit saxlamaq üçün taxçaları satmamalıdırlar. Təchizatçılar isə unu gizlətməməlidir. Azərbaycan dövləti un qıtlığının qarşısını almaq üçün lazımi tədbirləri həyata keçirir. Kifayət qədər un ehtiyyatı mövcuddur. Lakin dünya ölkələrində baş vermiş hadisələr Azərbaycan bazarından yan keçmir. Çünki Azərbaycan bazarı dünya bazarından inteqrasiya olunmuş bir bazardır. Xüsusilə qiymət qalxdıqda tez reaksiya verir, qiymət düşdükdə isə reaksiya vermir. Cənab Prezidentin qeyd etdiyi kimi kartel sözləşmələr var. düşünürəm ki, bu sözləşmələr ləğv olunmalıdır. Un məhsulu rahat şəkildə satışa çıxarılmalıdır ki, əhalidə narazıçılıq yaranmasın. Bir sözlə biznes qurumları dövlətin onlar üçün yaratdığı şəraitdən sui-istifadə etməməlidir. İstehlakçılar qıtlıq yaranarsa aidiyyatı üzrə məlumat versinlər ki, bununla bağlı tədbirlər həyata keçirilsin. Düşünürəm ki, jurnalistlərin bu sahədə verdiyi məlumatlar dövlət qurumları tərəfindən diqqətlə incələnməlidir və bununla bağlı tədbirlər görülməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB