Sevgisiz ailədə hansı uşaqlar böyüyür? - PSİXOLOQ AÇIQLADI

Sevgisiz ailədə hansı uşaqlar böyüyür? - PSİXOLOQ AÇIQLADI

“Əlbəttə ki, valideyn tərəfindən sevgisiz böyümək uşağın gələcək həyatına mənfi təsir edir. Hər bir insan sevilmək, sarılmaq xoş sözlər eşitmək istəyir. Buna uşaqlıq dönəmində daha çox ehtiyacımız olur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.

Onun sözlərinə görə, sevgi hissi uşağın ən təməl ehtiyacları sırasındadır: “Ata-ana sevgisi görməyən uşaqlar valideynlərin onları qəbul etmədiyini və nə etsələr də qəbul etməyəcəyini düşünürlər. Bu tip uşaqlar özlərini günahkar hesab edər, sevgisizliyin səbəbini hər zaman özlərində axtararlar”.

Psixoloq sözlərinə belə davam edib: “Ana-ata tərəfindən sevilməyən uşaqlar dünyanın qaranlıq bir yer olduğunu, insanların güvənilməz olduğunu, həqiqi sevginin əlçatmaz olduğunu düşünərlər. Uşaqların valideynləri ilə qurduqları emosional bağ psixi inkişafları və sağlam psixologiyaya sahib olmaları üçün önəmlidir. Sevgisiz böyüyən uşaqlar sevgi dolu ailədə böyüyən uşaqlara nisbətən daha aqressiv, ətrafdakılara qarşı şiddətə meyilli olurlar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə