Rusiyada ötən gün koronavirusdan 81 nəfər vəfat edib

Rusiyada ötən gün koronavirusdan 81 nəfər vəfat edib

Rusiyada son sutka ərzində 46 452 nəfər koronavirusa yoluxub. Bu, martın 12-dən bəri qeydə alınan ən yüksək göstərici olub. SİA-nın məlumatına görə, ötən gün 43 919 yoluxma qeydə alınmışdı.

Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 19,31 milyon nəfəri keçib.

Eyni zamanda son sutkada 81 nəfər koronavirusun qurbanı olub. Bu isə iyunun 4-dən sonra ən yüksək göstərici olub.

Əvvəlki gün bu rəqəm 71 nəfərə bərabər idi.

Rusiyada bu günədək koronavirusdan 383 910 nəfər vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə