Bu gün, avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəsmi "twitter" hesabında etdiyi paylaşımda bildirib ki, "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.Yaşasın Laçın! Yaşasın Azərbaycan!" Bu xəbər Azərbaycan xalqına böyük sevinc hissləri bəxş etdi. İkinci Qarabağ müharibəsi 44 gün davam etdi və 10 noyabr 2020-ci ildə yekunlaşdı- həmin gün Ermənistanın kapitulyasiyası barədə Üçtərəfli Bəyanat imzalandı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. İmzalanmış Bəyənata əsasən, Azərbaycan 3 il ərzində Laçın şəhərindən keçən Laçın dəhlizinə alternativ yolu tikib istifadəyə verməli idi. Azərbaycan tərəfi bu yolu vaxtından qabaq istifadəyə verdi və ermənilərin Laçın şəhərində, Zabux və Sus kəndlərində qalmalarına heç bir əsas qalmadı.
Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana təhvil verilməsi çox böyük hadisədir. Bu münasibətlə Cənab Prezident İlham Əliyevi təbrik edir, Azərbaycanın inkişafı və daha da qüdrətlənməsi sahəsində qarşıda duran bütün vəzifələrin həyata keçirilməsində uğurlar arzu edirəm.
Rauf Əliyev, Milli Məclisin deputatı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB