"Tərbiyə metodunda bütün protokolları nəzərə alaraq, döyərək tərbiyələndirmək deyilən bir anlayış yoxdur. Cəza metodu var. Amma bu, döyərək olmur. Müxtəlif alim və psixoloji testlərin göstərişinə görə fərqli cəza sistemləri var. Məsələn, uşağı sevdiyi şeylərdən bir müddətlik məhrum etmək. Yəni, o sevdiyi şeyi uşağa göstərib də verməmək". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.
Onun sözlərinə görə, bu anlama gəlir ki, yəni, bu, sənindir, amma mən sənə vermirəm: "Bəziləri də azyaşlı uşaqlara cəza stulu tətbiq edərərək onların yaşları qədər orada oturmağı tələb edir".
Psixoloq sözlərinə belə davam edib: "Bu zaman uşağınıza etdiyi səhvin izahını verməlisiniz. Heç bir halda uşağı döyərək tərbiyələndirmək kimi metod olmamalıdır. Bu, nə məktəbdə, nə bağçada, nə də evdə ola bilər və heç kimin belə bir şey etməyə hüququ yoxdur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB