“Ötən il 160 qazi və şəhid ailəsinə psixoloji yardım göstərilib” - SƏLCUQ DƏMİRTAŞ

“Ötən il 160 qazi və şəhid ailəsinə psixoloji yardım göstərilib” - SƏLCUQ DƏMİRTAŞ

"Ötən il 160 qazi və şəhid ailəsinə psixoloji yardım göstərilib. Birinci layihədə isə 2163 nəfər müalicə edilib". SİA-nın xəbərinə görə, bu fikirləri Türkiyədən Azərbaycana dəvət olunmuş mütəxəssislərdən ibarət qrupun rəhbəri Səlcuq Dəmirtaş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, onlarda əksər problemlər yuxusuzluq, yuxuda stress keçirmə, diksinmə, aqressivlik, ürəkgetmə və qeyri-ixtiyarı hərəkətlər idi: “Xidmətlər ödənişsizdir. Xidmətimizin müddəti müraciətlərdən asılı olacaq. Bu dəfəki səfərimizdə artıq azərbaycanlı psixoloqlarla birgə əməkdaşlıq edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə