Layihə 6 şəhərdə eyni anda həyata keçiriləcək - MƏRKƏZ RƏİSİ

Layihə 6 şəhərdə eyni anda həyata keçiriləcək - MƏRKƏZ RƏİSİ

“2021-ci ilin yanvarından etibarən İkinci Vətən müharibəsində psixoloji, mənəvi zərər görmüş vətəndaşlara Fövqəladə Hallar Nazirliyi tərəfindən psixoloji dəstək göstərilməyə başladı”. SİA-nın verdiyi məlumata görə, bu sözləri FHN-in mərkəz rəisi Xanım Sofiyeva deyib.

Onun sözlərinə görə, FHN-nin təşəbbüsü ilə qardaş Türkiyədən psixoloq heyəti gətirildi: “Bu layihə 2021-ci ilin avqust ayının 10-dək davam etdi. 2022-ci ilin sentyabrın 5-də bu layihə yenidən başlayacaq. Artıq bu dəfə 6 şəhərdə eyni anda həyata keçiriləcək”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə