Vətən müharibəsində canından keçən və şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi daim əziz tutulur, onların ailələrinə və düşmənlə döyüşdə yaralanan və qazi olan igidlərimizə, o cümlədən veteran döyüşçülərimizə dövlətin diqqət və qayğısı daim hiss olunur. Başqa cür də ola bilməz, axı onlar Azərbaycanı Qarabağını 30 illik işğaldan azad ediblər. Quba rayonundan redaksiyamızın elektron poçtuna bir məktub daxil olub. Qazi Zeynal Məmmədov yazır:
Yaşadışım ev təmirsiz idi, düşünürdüm ki, əlimə ilk imkan düşən kimi məsələni həll edəcəyəm. Amma eşidəndə ki, Miqrasiya Xidmətinin Quba regional idarəsinin rəisi, polkovnik-leytenant Səbuhi Rüstəmov evimin təmiri üçün kafel göndərib, çox sevindim. Ona minnətdarlıq etmək üçün saytınızın imkanlarından yararlanmaq istədim.
Onu da vurğulamaq istəyirəm ki, Səbuhi müəllim dəfələrlə şəhid ailələrinə, qazilərə dəstək olub, onlardan köməyini əsirgəməyib. Bu köməyi təkcə indi yox, müharibənin gedişi zaman da edib. Allah belə xeyirxah insanların canını sağ, ömrünü uzun eləsin. Nə qədər ki, belə insanlar var, köməyə ehtiyacı olan insanlar darda qalmaz. Allah var eləsin. Yaşasın Azərbaycan!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB