Yaxın üç gün ərzində hava necə olacaq? - DİREKTOR AÇIQLADI

Yaxın üç gün ərzində hava necə olacaq? - DİREKTOR AÇIQLADI

"Yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq". Bu sözləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, mülayim cənub-şərq küləyi əsəcək: "Havanın maksimal temperaturu 36 dərəcəyədək isti olacağı gözlənilir. Bölgələrdə də yağmursuz hava şəraiti proqnozlaşdırılır. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 38 dərəcə, dağlarda isə 20-25 dərəcə isti olacaq”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə