Şirinçay içmək insan sağlamlığı üçün zərərlidir? - AİB SƏDRİ BİLDİRDİ

Şirinçay içmək insan sağlamlığı üçün zərərlidir? - AİB SƏDRİ BİLDİRDİ

“Azərbaycanın səhər yeməyi mədəniyyətində şirinçay öndə gedən faktorlardan biridir”. Bu fikirləri SİA-ya açıqlamaısnda Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

AİB sədrinin sözlərinə görə, şirinçayın insana zərəri və xeyri barədə fikir demək çox çətindir: “Çünki insan orqanizmi çox fərqlidir. Şəxsən tanıdığım bir insan uşaqlıq vaxtından daim şirinçay içir və bu prosesi hələ də davam etdirir. Lakin şəkər xəstəliyindəndə əizyyət çəkmir. Bu hal təbii ki, məni çox təəccübləndirir. Mən isə təxminən 15 ildir şirinçaydan uzağam. Baxmayaraq ki, könlüm istəsə də, şəkər xəstəliyinə meyilli olduğum üçün içmirəm. Ümumilikdə isə əgər akademik tibbi nəticələrə görə gündə şirinçaydan istifadə olunması məsləhətli hesab olunmur. İnsanın həyat tərzindən və eyni zamanda, fərdi xüsusiyyətlərindən çox şey asılıdır bu məsələdə. Şirinçay alışqan xüsusiyyətə malikdir. İnsanlara gündəlik olaraq şirinçay içməyi məsləhət görmürəm. Şirinçaydan həftədə bir-iki dəfə səhər yeməyində istifadə edilə bilər. Təbii ki, qidadan sonra da bol su içmək məsləhətlidir. Şirinçayı da çox tünd şəkildə içmək olmaz. Çox yaxşı olar ki, uşaqları erkən yaşlarından şirinçaya öyrətməsinlər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə