Ərəb portalı Naftalan yağının faydasından yazıb

Ərəb portalı Naftalan yağının faydasından yazıb

Ərəb ölkələrinin vahid “Attaqa” iqtisadiyyat portalında Azərbaycanın faydalı “Naftalan yağları” məhsulunun “Azexport” portalı vasitəsilə Küveytə ixracı və bu yağın ortopediya sahəsində müalicəvi əhəmiyyəti barədə məqalə dərc olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Azərbaycan Dövlət İnformasiya Agentliyinə istinadla əsasən kosmetik vasitə kimi istifadə edilən “Naftalan yağları”nın Küveytə ixrac olunacağı, həmçinin bu məhsulun ilkin mərhələdə üç növdə ixracının nəzərdə tutulduğu bildirilir.

Həmçinin məqalədə Naftalan yağının müalicəvi əhəmiyyəti, bununla bağlı tanınmış ekspertlərin rəyləri yer alıb. Yazının müəllifi bu faydalı yağın ortopediya sahəsində müalicəsinin tarixindən də bəhs edib.

Bütün xəbərlər Facebook səhifəmizdə