Uşaqları açıq-saçıq geyindirmək düzgündür? - PSİXOLOQ AÇIQLADI

Uşaqları açıq-saçıq geyindirmək düzgündür? - PSİXOLOQ AÇIQLADI

"Uşaqlarda şəxsiyyətin formalaşması 3 yaşında özünü büruzə verir. Bu yaşdakı uşağın inkişafında nəzərə çarpan tipik xüsusiyyətlər meydana gəlməyə başlayır. Hansı ki, bu, ətraf aləmin təsiri nəticəsində istər parlaq geyimlərə aid olan düşüncələrin yaranması, istər al-əlvan rəngli oyuncaqların onların diqqətini daha tez cəlb etməsidir". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.

Onun sözlərinə görə, biz bu gedişlə uşağın yeniyetməlik dövrünə hazırlığının ilk mərhələsini görürük: "Hansı ki, həmin zamanlarda uşaqlarda təxəyyül onların müəyyən təsəvvür ehtiyatlarına yiyələndikdən sonra inkişaf edir ki, bu təsəvvür ehtiyatının içərisində geyim xüsusi yer tutur. Bir yaşla üç yaş arasında olan müddətdə demək olar ki, uşaqlarda təxəyyülün təcrübəyə, mühitə, geyimlərə, rənglərə olan marağı daha qabarıq özünü büruzə verir. Bəzən görürük ki, müəyyən yaşda olan qızlar açıq-saçıq geyinir və izah olaraq da bildirirlər ki, mən uşaqlıqdan belə geyinirəm və bunun əxlaqi dəyərlə heç bir əlaqəsinin olmadığını rahatlıqla bildirir. Bu baxımdan görürük ki, qız uşaqları müəyyən yaşı geçdikdən sonra ailə həyatı qurmağa hazırlaşanda müəyyən problemlərə gətirib çıxarır.

Müəyyən yaş dövründə təbii ki, oğlan uşaqları valideynləri tərəfindən körpə olduğu üçün dar və qısa geyindirilir. 2-3 yaşlı uşağın illustrasiyaları var ki, onlar kiçik həcmli nağılları təsəvvür edə bilir. Bu uşaq təxəyyülün ilk təzahürləri olduğu üçün həmin dövrdə geyindikləri geyimə görə gələcəkdə onların geyimlə bağlı düşüncələrində müəyyən çatışmazlıqlar ola bilir. Və düşünürlər ki, uşaq vaxtı dar və ya qısa geyinmişəm burada nə var ki? Amma valideynlər oğlan uşaqlarının təxəyyülündə yarada bilər ki, oğlanlar necə paltarlar geyinir, qızlar necə geyinir. Bu da onların gələcəkdə düzgün geyimlərdən istifadə etməsinə kömək edir, yəni dar və ya qısa xoşagəlməz görünən geyimlərdən uzaq durur. Kiçik yaşlı uşaqlarda məsuliyyət hissinin inkişafına da təsadüf edirik. Biz onların bu hissini üzə çıxardıqca onlar üzərinə düşən işi daha layiqincə yerinə yetirməyə çalışacaqlar. Anlayırlar ki, hansı geyimi geyinmək daha uyğundur".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə