"Həyatımızı dəyişdirmək üçün ilk növdədə özümüzü tanımalı və dərk etməliyik. "Haradan gəlirik?", "Hara gedirik?", "Hansı uşaqlıq travmalarımız var?", "Bu travmalar bizə necə təsir edir?", "Şüuraltında nələr baş verir?". Burada daha çox psixoloji məqamları öyrənməkdə fayda var". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nərgiz Hüseynova deyib.
Onun sözlərinə görə, insan 6 yaşa qədər şüuraltı nəyi yığırsa, sonrakı həyatımızda təkrar olaraq onu yaşadır: "İnsanlar və hadisələr dəyişir. Amma sən eyni şeyləri yaşayır və görürsən. Çünki sənin şüuraltında ancaq bu informasiya oturub. Şüuraltında hansı informasiya varsa, onu da həyatımıza gətiririk. Ona görə də ilk növbədə məlumatlanmaq, başa düşmək, dərk etmək, travmalarımızı müalicə etmək lazımdır".
Psixoloq sözlərinə belə davam edib: "Travmalarımızı müalicə edəndən sonra artıq beynimiz təmizlənir və yolumuz da açılır, həyatımıza kömək üçün insanlar göndərilir. Belə olduqda əlbəttə ki, hər hansı bir məqsəd üçün hərəkət edirik. Bunu unutmaq lazım deyil.
Hər zaman beyinin qayğısına qalmalıyıq. Orada neqativ fikirlərin daxil olmasına icazə verməməliyik. Düzdür, neqativ hallar hər zaman baş verə bilər. Amma nə qədər neqativdə qalarıqsa, o zaman da yolumuzu bağlayarıq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB