D vitamini əksikliyi uşaqlarda nələrə səbəb olur? - PEDİATR AÇIQLADI
“Süd və süd məhsulları, banan, kəsmik, yumurta, balıq və balıq məhsulları, dana əti, isbanaq və bu kimi qidalar D vitamini ilə zəngindir. Körpə doğulandan 15 gün sonra müntəzəm olaraq D vitamini qəbul etməlidir". Bu fikirləri SİA-ya açıqlamasında pediatr Sevda Novruzova bildirib.
Onun sözlərinə görə, D vitaminin əskikliyi körpələrdə tərləmə ilə müşahidə olunur: "Tərləmə zamanı ənsə nahiyəsin yastığa sürtünməsi nəticəsində saçların aypara şəklində tökülməsi müşahidə olunur. Baş ölçüləri böyüyür, alın qabarları qabağa çıxır. Bu raxitin ilkin əlaməti olaraq müşahidə olunmağa başlayır. Sonrakı dövrlərdə isə döş qəfəsinin ölçüsünün böyüməsi, qabırğalar üzərində muncuqlar şəklində hündürləşmə müşahidə olunur. Eyni zamanda, bu, bilək nahiyəsində bilərzik şəklində də müşahidə olunur. Daxili orqanların ağırlığına tab gətirməyib aşağı ətraflarda “x”, yaxud da “o” şəklində əyilmələr baş verir.
Yuxarı yaşlı insanlarda da, xüsusilə, klemakterik dövründəki qadınlar da D vitamini əskikliyi müşahidə olunur. Bu zaman təbii ki, yenə ayaqların əyilməsi, ayaqlarda ağrılar, əzələ və sümük ağrıları kimi hallar baş verir.
Xroniki mədə-bağırsaq sisteminin pozğunluqlarında, kifayət qədər ultrabənövşəyi şüalar qəbul olunmadıqda, soyuq iqlim şəraiti olan ölkəkərin insanlarında, öd kisəsi əməliyyatlarından sonra, troid vəzinin funksional pozğunluğu zamanı D vitamini çatışmazlığı yaranır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB