"Avtomobil sahibi açarı əmin olmadığı adama niyə verməlidir?!" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
"Maşınımızı icazəsiz sürüb qəza törətsələr, sığorta pulu kimdən alınmalıdır? Belə olan halda sığorta şirkətləri ödəniş həyata keçirirlər və sonradan həmin o icazəsiz avtomobili sürüb zərər vuran şəxsdən pulu geri alırlar". Bu sözləri SİA-ya açıqlamasında sığorta bazarı eksperti Əli Bayramov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, sığortaçılar avtomobil sahibinin həmin nəqliyyat vasitəsinin açarını kiməsə verməsini sevmirlər: "Çünki bu, risk amilidir. Hətta belə olan halda bir yanaşma var ki, əgər oğurluq olarsa, sığorta şirkətləri bundan imtina edirlər. Avtomobil sahibi açarı əmin olmadığı adama niyə verməlidir?!".
Əli Bayramov sözlərinə belə davam edib: "Digər tərəfdən, bizdə olan təcrübə belədir ki, məsələn, maşınımızı yuyulmağa, yaxud hər hansı təmir prosesinə veririk. Oradakı işçilər də qeyri-adekvat hərəkət edə bilirlər. Ən sivil yol odur ki, həmin o müəssisədə məsuliyyət sığortası olmalıdır ki, bu kimi hallarda həmin o məsuliyyət sığortasından istifadə edib qarşı tərəfə dəyən ziyanı ödəsinlər. Amma təbii ki, Azərbaycanda bu təcrübə yoxdur.
Əgər bu yol nəqliyyat hadisəsidirsə, sığorta şirkəti dəymiş zərəri ödəyir. Daha sonra isə zərər vermiş şəxsə qarşı iddia qaldıraraq dəymiş zərər məbləğini geri tələb edirlər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB