"Bəzi xanımlar elə geyinir ki, əlləri ya yaxalarında, ya da ətəklərində qalır" - JEM SƏDRİ AÇIQLADI
“Geyim mədəniyyəti vizual nöqteyi-nəzərdən çox vacib elementdir. Sovet dövründə belə bir fikir var idi: “İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar”. Bu fikirləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bildirib.

JEM sədrinin sözlərinə görə, Sovet İttifaqı dağılandan sonra bəzi ədəbiyyatşünaslar bu fikri tənqid etməyə başlayıb, fikrin yanlış olduğunu bildirdilər: ”Əslinə qalanda, söhbət geyimdən yox, məhz görünüşdən gedir. Çünki insan kasıb ola bilər və bu səbəbdən geyimi yaxşı olmaya bilər. Lakin özünə hörmət qoyan insan birinci geyiminə və öz görünüşünə düzgün diqqət etməlidir. Ümumilikdə insanlar bir-birinə nəzərən yaşayırlar. Yəni, qarşı tərəfə zövqsüzlük atəşinə tutulacaqsa, mən bir növ günah işləmiş sayılacam və özüm də narahat olacam. Misal olaraq, bəzi xanımlar elə geyinir ki, əlləri ya yaxalarında, ya da ətəklərində qalır. Yəni olmaz ki, insan rahat geyinsin və rahat şəkildə də hərəkət etsin. Jurnalistlərin geyim məsələsinə gəldikdə isə, təbii ki, bizim sənətdə geyim barədə məhdudiyyətlər yoxdur. Ancaq hər bir verilişin öz geyim mədəniyyəti var. Lakin əsas məsələ odur ki, sənin geyimin qarşındakı insanda ikrah hissi yaratmasın. Hər bir kəs öz peşəsinə uyğun geyiminə fikir verməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB